10 noyabr 2020-ci ildən etibarən Azərbaycan azad edilmiş ərazilərində Qarabağda və Şərqi Zəngəzurda 24 mülki şəxs minaya düşərək həlak olub. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Agentliyin məlumatına görə, 2020-ci ilin noyabr ayından Qarabağda və Şərqi Zəngəzurda həmçinin 49 mülki şəxs minaya düşərək yaralanıb.
Xəbər verildiyi kimi, Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda minalanmış ərazilər problemlərdən biridir. 10 noyabr 2020-ci ildən etibarən, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə yerləşdirən minalara düşərək Azərbaycanın təxminən 180 hərbi qulluqçusu və mülki şəxs xəsarət alıb və həlak olub. **
R.Əhmədov