Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko və İtaliyanın Rusiyadakı səfiri Corco Staraçe Cənubi Qafqazda vəziyyətin tezliklə stabilləşməsinə maraq ifadə ediblər.
“Hər iki tərəfdən Cənubi Qazqafın təhlükəsizliyi və iqtisadi inkişafının təminatı məqsədilə regionda vəziyyətin tezlikılə stabilləşməsinə maraq ifadə olunub”, - RF XİN-in məlumatında qeyd olunur.
Nazirlikdən vurğulanıb ki, 26 noyabr tarixində Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları fonunda Cənubi Qafqazda vəziyyətə dair tərəflər arasında ətarflı fikir mübadiləsi aparılıb.
Görüş İtaliya səfirinin təşəbbüsü ilə baş tutub. **
R.Əhmədov