Dövlət Gömrük Komitəsi xarici valyutanın gömrük sərhədindən keçirilməsinin qarşısının alınması barədə məlumat verib.
Məlumata əsasən, Astara gömrük postunda ölkəmizdən İran İslam Respublikasına gedən həmin ölkə vətəndaşının idarə etdiyi yük avtomobili gömrük nəzarətindən keçən zaman ixrac yoxlama xəttində saxlanılıb və yoxlanılıb.
“Yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının çöl hissəsində və dartıcı ilə qoşqunun arasında yerləşən havalandırma borusunun içərisində gömrük nəzarətindən gizlədilən $22,26 min aşkar edilib. Faktla bağlı araşdırma aparılır”, - DGK-dən vurğulanır. **
X.Nəsirzadə