Çərşənbə axşamı Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, daha 2 nəfər yaralanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilir.
Həlak olan 14 nəfərdən 13-ü, həmçinin yaralanan iki nəfər zabitdir .
Xəbər verildiyi kimi, saat 10:40 radələrində hərbi helikopter Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hazırda hadisə yerində intensiv istintaq hərəkətləri həyata keçirilir. **
R.Əhmədov