Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.
“2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu ağır itkinin acısını sizinlə yaşayır, dərdinizi bölüşür, sizə və doğmalarınıza Mehriban Əliyeva ilə birlikdə dərin hüznlə başsağlığı veririk», - dövlət başçısının saytında dərc olunan başsağlığında deyilir.
Xəbər verildiyi kimi, saat 10:40 radələrində hərbi helikopter Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Həlak olan 14 nəfərdən 13-ü, həmçinin yaralanan iki nəfər zabitdir. Hazırda hadisə yerində intensiv istintaq hərəkətləri həyata keçirilir. **
X.Nəsirzadə