Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə telefonla danışıb.
“Çavuşoğlu təlim uçuşları zamanı Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib”, - Azərbaycan XİN-dən məlumat verilir.
Bayramov, öz növbəsində, İstanbulda baş verən qasırğa nəticəsində ölüm hallarının və yaralıların olması ilə bağlı başsağlığı verib. **
E.Şəfiyev