“Tabaterra Leaf” QSC “Azərtütün” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 25 noyabr 2021-ci il traixində “Azərtütün”ün səhmlərinin alışına dair “Tabaterra Leaf” ilə müqavilə imzalanıb. Müəssisənin 17 milyon 281,464 min manat məbləgində 8 mlyon 640,732 min səhmi investisiya müsabiqəsinə çıxarılıb.
Müqavilənin şərtlərinə görə, “Tabaterra Leaf” müəssisənin səhmlərinə görə Azərbaycanın dövlət büdcəsinə 6,4 milyon manat ödəyəcək.
Bunfan əlavə, “Tabaterra Leaf” İnvestisiya Proqramının icrası çərçivəsində müəssisədə mövcud istehsal avadanlıqlarının təmiri, istehsal xətti üçün tələb olunan əlavə avadanlıq və hissələrin alınması, laboratoriya avadanlıqlarının yenilənməsi, tütün emalı zavodu və tütün qəbulu məntəqələrində təmir-tikinti işlərinin aparılmasına 8,2 milyon manat yatırım həyata keçirəcək.
Müsabiqə qalibi tərəfindən investisiyaların bir il ərzində yatırılması, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yerinin yaradılması planlaşdırılır.
“Azərtütün” ASC Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydiyyata alınıb. Cəmiyyətin nizamnamə kapitalı 20 milyon 331,134 min manata bərabərdır. Müəssisədə 109 nəfər çalışır.
1 oktyabr 2021-ci il tarixinə müəssisənin 63,36 min manat məbləğində debitor borcu və 1 milyon 644,616 min manat məbləğində öhdəlikləri var. **
R.Əhmədov