Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması prosesi eksterritorial dəhlizlərin mövcudluğunu nəzərdə tutmur. Bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib.
“Təsdiq edirəm ki, kommunikasiyaların açılması hər hansı eksterritorial dəhlizləri nəzərdə tutmur. Həmçinin təsdiq edirəm ki, blokadanın götürüldüyü təqdirdə həm dəmir yolu, həm də avtomobil yolları Ermənistanın suverenliyi və yurisdiksiyasında olacaq”, - Qriqoryan ölkənin İctimai televiziyasının efirində bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan, Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiya çərçivəsində Sovet dövründə fəaliyyət göstərən dəmir yollarının bərpası, onların istismar növbəsi və qrafiki ilə bağlı məsələləri müzakirə olunur.
“Konkret avtomobil yolları və təhlükəslzliyin təşkili ilə bağlı məsələlər hələlik müzakirə olunmur”, - Qriqoryan bildirib. **