Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bəyan edib ki, çərşənbə axşamı qəzaya uğrayan hərbi helikopter demək olar ki, yenidir və qısa müddət əvvəl onda təmir işləri aparılıb.
“Helikopterin vəziyyətində gəlincə, demək olar ki, yenidir və qısa müddət əvvəl onda təmir işləri aparılıb”, - Quliyev bu gün mətbuat konfransında bildirib.
Bundan əlavə, o vurğulayıb ki, helikopter təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb.
“Helikopteri təlim məqsədilə Səngəçal aerodromundan havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib. Helikopter təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb”, - Quliyev deyib.
O cümlədən, o bildirib ki, pilot ən yüksək səviyyədə, ağır şəraitlərdə uçuşlara təlimatlı olan pilotlardan biri, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan polkovnik Füzuli Cavadov olub.
Bundan əlavə, DSX rəisi qeyd edib ki, helikopter qəzasında həlak olanlara qanunvericiliyə əsasən şəhid statusu veriləcək.
Xəbər verildiyi kimi, saat 10:40 radələrində hərbi helikopter Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Həlak olan 14 nəfərdən 13-ü, həmçinin yaralanan iki nəfər zabitdir. **
X.Nəsirzadə