Çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan liderinin Mətbuat Xidməti məlumat verir.
Söhbət zamaтı Ərdoğan helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Əliyevə başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.
Əliyev başsağlığına görə Ərdoğana minnətdarlığını bildirib.
Xəbər verildiyi kimi, saat 10:40 radələrində hərbi helikopter Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Həlak olan 14 nəfərdən 13-ü, həmçinin yaralanan iki nəfər zabitdir. **
X.Nəsirzadə