2021-ci ilin yanvar-oktyabr aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $1 milyard 432,7 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar-oktyabr aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($323,9 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($96,2 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunur: “SOCAR Polymer” MMC ($197,3 milyon), “Azəralüminium” MMC ($109,3 milyon), “Azergold” QSC ($104 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($69,8 milyon), “Azərenerji” ATSC ($56 milyon), “Azərbaycan Hava Yolları” QSC ($6,1 milyon), “Azəripək” MMC ($3 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1,3 milyon), “Naxçıvan MR Dövlət Energetika Xidməti” ($1 milyon).
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($85,7 milyon), “Local garden” MMC ($54,9 milyon), “Baku Steel Company” MMC ($39,9 milyon), “Sun Food” MMC ($33 milyon), “P-Aqro” MMC ($29,9 milyon), Təyyar Hidayətov ($27,8 milyon), “Azərşəkər İstehsalat Birliyi” MMC ($26,6 milyon), “RAM Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC ($22,4 milyon) və “Bulder 007 LTD” MMC ($17,4 milyon) daxildir.
Azərbaycan yanvar-oktyabr aylarında $2,1 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib.*
B.Rüstəmbəyov