Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilib.
“Həlak olan hərbi qulluqçular II Şəhidlər xiyabanında dəfn olunacaq”, - deyə DSX-dən bildiriblər.
Xatırladaq ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb. Hazırda hadisənin səbəbləri araşdırılır.*
E.Şəfiyev