Səhiyyə Nazirliyi Şuşa və Cəbrayıl şəhərlərində xəstəxanaların tikintisi ilə bağlı iki təkliflər sorğusu elan edib.
Birinci təkliflər sorğusu Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın tikintisinin geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti üçün şirkət seçimini nəzərdə tutur.
İkinci sorğu Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxananın geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti üçün podratçının cəlb edilməsini nəzərdə tutur.
Təkliflər 14 dekabr saat 17:00-dək qəbul olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bundan başqa, dövlət başçısının 7 noyabr tarixli sərəncamına əsasən Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.*
X.Nəsirzadə