2021-ci il noyabr ayının 30-na Azərbaycanda pul bazasının həcmi 14 milyard 279,1 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
30 dekabr 2020-ci il tarixinə pul bazasının həcmi 13 milyard 564,2 milyon manat təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-noyabr aylarında pul bazası 5,3% artıb.
Cari ilin noyabr ayında pul bazası 342,1 milyon manat və ya 2,3% azalıb.
2020-ci ildə Azərbaycanda pul bazası 11,6% artıb.*
X.Nəsirzadə