Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-noyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111,19% əməl edib. Bu barədə komitənin sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.
“Nəzərdə tutulan proqnozdan əlavə 396,3 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”, - deyə o qeyd edib.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edir.*
B.Rüstəmbəyov