Azərbaycan Respubliasının Nazirlər Kabineti 2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, Azərbaycanda 2022-ci il martın 20-24-ü Novruz bayramı kimi qeyd olunacaq.
Mayın 2-3-ü Ramazan bayramı, iyulun 9-10-u Qurban bayramı günləri kimi qeyd olunacaq. **
E.Şəfiyev