AFFA-nın İcraiyyə Komitəsinin cümə axşamı keçirilən iclasında Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin 2022-ci il oktyabr ayına qədər uzadılmasına dair qərar qəbul edilib.
De Byazi ilə müqavilənin müddəti 2021-ci ilin dekabr ayında bitir.
AFFA-nın saytındakı məlumata əsasən, aşağı yaş qruplarından ibarət milli komandalara aşağıdakı baş məşqçilər təyin olunur: U-15/U-16 - Füzuli Məmmədov, U-17 - Elxan Abdullayev, U-18 - Aqil Nəbiyev.
O cümlədən, İcraiyyə Komitəsinin qərarı ilə AFFA-nın Futbol akademiyasının təmir olunması üçün FIFA Forward Layihəsindən $150 min, Azərbaycanda VAR layihəsi üçün $500 min məbləğində maliyyə vəsaitinin ayrılması təsdiq olunub.
Bundan əlavə, İcraiyyə Komitəsinin qərarı ilə Gəncədə Futbol Akademiyasının inşası təsdiq olunub. **
E.Şəfiyev