Noyabrın 30-da “VİADUK” Cənub Gömrük Terminalı MMC-nin müvəqqəti saxlanc anbarı ərazisində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbərininmüavini Anton Karmazin və AQTA-nın sədr müavini Rəşad Mafusov arasında danışıqlar baş tutub.
“Müzakirələr RF-nin Rusiya-Azərbaycan dövlət səhədində Yaraq-Kazmalyargömrük-keçidməntəqəsindənAzərnbaycanın meyvə-tərəvəz məhsularının keçidi məsələsinə həsr olunub”, - “Rosselxoznadzor”un məlumatında deyilir.
Danışıqlarda iki ölkənin gömrük orqanlarının nümayəndələri, o cümlədən, RusiyaFTX SərhədXidməti, Dağıstan Respublikası Kənd Təsərrüfatı Nazilriyi, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, AzərbaycandaİxracınvəİnvestisiyalarınTəşviqi Fondunun(AZPROMO) əməkdaşları iştirak ediblər.
Tərəflər Fitosanitar sertifikatlar Agentliyi tərəfindən rəsmiləşdirmə üzrə vahid yanaşma və həmin sənədlərin Rusiya Federal Gömrük Xidməti tərəfindən yoxlanılmasına dair razılığa gəliblər.
Azərbaycan tərəfi “VİADUK” Cənub Gömrük Terminalı MMC-nin müvəqqəti saxlanc anbarındajkı karantinə alınmış yüklər barəsində karantin fitosanitar nəzarətin keçirilməsinin sürətləndirilməsində maraqlı olduğunu bildirib.
“Karmazin, həmçinin Azərbaycan tərəfinə iki ökənin fitosanitar xidmətlərinin informasiya sistemlərinin inteqrasiyasının keçirilməsi zamanı meyvə-tərəvəz məhsullarının bağlanmasının marakalanması zamanı GS1 ştrix kodlaşdırılma standartlarına keçməyi təklif edib”, - məlumatda vurğulanır.
Öz növbəsində, Mafusov qeyd edib ki, AQTA səsləndirilən təklifləri nəzərdən keçirəcək. **
R.Əhmədov