ABŞ Dövləıt katibi Entoni Blinken Ermənistan və Azərbaycanı humanitar məsələlər üzrə fəal dialoqa çağırıb.
“Ermənistanla Azərbaycan arasında, iki ölkənin hökumətləri arasında birbaşa dialoqun bərpasını alqışlayırıq. Tərəfləri hərbi əsirlər, minalardan təmizlənmə, itkin düşən şəxslər, ehtimal olunan insan haqqlarının pozulması, humanitar hüququn pozulması məsələləri daxil olmaqla humanitar məsələrin həlli üzrə irəliləyişə nail olmağa çağırırıq”, - Blinken Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “ümid edirəm ki, biz hamımız, Rusiya daxil olmaqla, irəliləyişə nail olmaq üçün bu istiqamətdə işıəyə biləcəyik”.
Həmçinin, Blinken Bakə və İrəvanı “digər vacib problemləri həll etməyə”, xüsusilə, sərhədlərin delimitasiya və demarkasiyasına başlamağa, iqtisadi və nəqliyyat kommunikasiyaların bərpasına, “o cümlədən, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əlaqələri davam etdirtməyə” çağırıb.
Xəbər veridiyi kimi, dekabrın 15-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş nazir Nikol Paşinyan arasında görüş baş tutacaq. **
E.Şəfiyev