İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan sahibkarlıq subyektlərində nəzarəti tədbirləri həyata keçirib.
“Noyabr ayının əvvəlindən etibarə 28 vergi ödəyicisinin ümumilikdə 91 təsərrüfat subyekti üzrənəzarəti tədbirləri həyata keçirilib”, - DVX-dən məlumat verilir.
Nəzarət tədbirləri nəticəsində vergi ödəyicilərinin böyük əksəriyyətində əmək müqaviləsi bağlamadan işçilərin cəlb edilməsi, nəzarət-kassa aparatlarının (o cümlədən yeni nəsil nəzarət-kassa aparatlarının), eləcə də malların alışını təsdiq edən sənədlərin olmaması, vergi orqanlarına yalan məlumat təqdim etməklə aktiv ticarət fəaliyyəti olmasına baxmayaraq fəaliyyətin dayandırılması ərizəsinin verilməsi kimi kobud pozuntular qeydı alınıb.
DVX-dən qeyd olunur ki, belə tədbirlər Bakı şəhəri Dərnəgül şosesi ətrafında yerləşən sahibkarlıq subyektlərində aparılıb.
“Dövlət Vergi Xidməti bildirir ki, nəzarət tədbirləri qısa müddət ərzində respublikanın, o cümlədən paytaxtın digər ərazilərində də həyata keçiriləcək”, - DVX-dən bildirilir. **
B.Rüstəmbəyov