Azərbaycanda koronavirus infeksiyasına 1 min 772 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 591 min 885-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 795 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər (ötən gün 28 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 905 nəfərə çatıb.
Virusa yoluxmuş 558 min 819 nəfər (sutka ərzində +2 min 103) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 25 min 161 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 341 (ötən gün 12 min 565 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 565 min 190 test aparılıb.**
X.Nəsirzadə