Cümə axşamı ABŞ Dövlət katibi Entoni Blinken və RF XİN başçısı Sergey Lavrovun Stokholmda keçirilən danışıqlar mövzularından biri İranın nüvə silahı əldə etməyə imkan verməmək məqsədilə Vaşinqton və Moskva arasında əməkdaşlıq məsələsi olub. Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
“Onlar həmçinin Cənubi Qafqazı müzakirə ediblər. Dövlət katibi Ermənistan və Azərbaycan hökumətləri arasında birbaşa dialoqun bərpasını alqışlayıb”, - sənəddə deyilir. **