2022-ci ilin yanvar ayında OPEC+ sazişi çərçivəsində Azərbaycanın kvotası 7 min barrel - 661 min barrelə qədər artacaq. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“Azərbaycan OPEC+ ölkələri nazirlərinin 23-ci iclasında 2022-ci ilin yanvarında neft hasilatının 400 min barrel artırılmasına dair qəbul edilən qərarı dəstəkləyib. Bu qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatı 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılacaq”, - nazirliyin məlumatında qeyd olunur.
Bildirilir ki, gələn ay gündəlik hasilatın 7 min barrel artması ilə 2022-ci ilin yanvar ayında ölkənin neft hasilatının azaldılmasının ümumi səviyyəsi 57 min barrel təşkil edəcək.
“OPEC+”un 2021-ci ilin avqust ayından həyata keçirilən hasilatın tədricən artırılması ilə bağlı planı bazarın balanslaşdırılmasına töhfə verir və biz doğru yolla irəliləyirik. Azərbaycan “OPEC+”un yeni qərarını dəstəkləyir», - məlumatda energetika naziri Pərviz Şahbazova istinad olunur.
“OPEC+”un növbəti iclası 4 yanvar 2022-ci ildə keçiriləcək. **
B.Rüstəmbəyov