Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilən görüşü Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün irəliyə doğru mühüm addımdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Üç lider əvvəllər razılaşdırılmış parametrlərin həyata keçirilməsi ilə bağlı ətraflı və əsaslı müzakirələr aparıb, həmçinin münaqişədən sonrakı normallaşma ilə bağlı gələcək addımları müəyyən edib”, - Bayramov bu gün ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxışında bildirib.
“Bu ilin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyasının məşvərətçi rolu ilə ikitərəfli Ermənistan-Azərbaycan komissiyasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gözləyir ki, bu sazişlər təxirə salınmadan reallaşacaq və Cənubi Qafqazı daha sabit məkana çevirmək məqsədimizə töhfə verəcək”, - Bayramov vurğulayıb. **
B.Rüstəmbəyov