Cümə axşamı Gürcüstan XİN başçısı David Zalkaliani ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə söhbət edib.
Zalkaliani jurnalistlərə bəyan edib ki, görüş zamanı tərəflər Gürcüstanla ABŞ arasında mövcud strateji tərəfdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Onun sözlərinə görə, ABŞ Gürcüstanın Cənubi Qafqazda, xüsusilə Ermənistanla Azərbaycan arasında münasibətlərdə mediator qismində çıxış etmək cəhdini dəstəkləyir.
O qeyd edib ki, Gürcüstan əvvəlki kimi, dialoq üçün platforma qismində Azərbaycan və Ermənistana Tbilisini təklif edir.
Zalkaliani məlumat verib ki, Gürcüstanın NATO-ya inteqrasiyası məsələlərində ABŞ tərəfindən dəstəyə görə Blinkenə minnətdarlığını bildirib. **