Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində İslandiya Respublikasının xarici işlər naziri Thordis Kolbrunla görüşüb.
“Görüş çərçivəsində iki ölkə arasındakı münasibətlər, xüsusilə alternativ enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə Xarici İşlər Nazirliyindən bildiriblər.
İslandiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə hazır olduğunu ifadə edən Kolbrun ölkəsinin alternativ enerji sahəsində geniş təcrübəyə malik olduğunu qeyd edib.
“Görüş çərçivəsində tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev