Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə görüşüb.
“Tərəflər ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq gündəliyini müzakirə ediblər. Həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar”, - deyə Xarici İşlər Nazirliyindən bildiriblər.
Nazir Ceyhun Bayramov həmkarını bölgədə mövcud olan ən son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb.
“Vladimir Makey yenidənqurma işlərində iştirak etməyə hazır olduqlarını ifadə edib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev