Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin 2022-ci il üçün xərclər smetası təsdiq edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, 2022-ci ildə parlamentin saxlanılması xərcləri deputatlara əmək haqqının ödənilməsi üçün nəzərdə tutulan 5 milyon 382,624 min manat daxil olmaqla 42 milyon 36,822 min manat (2021-ci ildə 42 milyon 270,4 min manat) təşkil edəcək.
Parlament, həmçinin Hesablama Palatasının 2022-ci il üçün xərclər smetasını 10 milyon 85,531 min manat (2021-ci ildə 9 milyon 140,683 min manat), o cümlədən əməyin ödənişi fondunu 9 milyon 154,866 min manat (2021-ci ildə 8 milyon 216,309 min manat) məbləğində təsdiq edib.*
B.Rüstəmbəyov