Müdafiə Nazirliyi Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində hərbi qulluqçumuzun erməni əsilli şəxsin hücumuna məruz qalması barədə məlumat yayıb.
“Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib”, - deyə məlumatda bildirilir.
Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə birgə monitorinq mərkəzinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.*
X.Nəsirzadə