SOCAR yeni Mobil Dərinlik Dalğıc Kompleksinin sınaqlarına başlayıb.
“Bütün növ sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Mobil Dərinlik Dalğıc Kompleksi “American Bureau of Shipping” (ABS) təsnifat cəmiyyətinin nəzarəti altında tikilib. “Unique Hydra” şirkəti tərəfindən inşa edilmiş 200 metrlik Mobil Dərinlik Dalğıc Kompleksi 14 nəfər dalğıc akvanavt üçün hesablanıb. Kompleks vasitəsilə saturasiya üsulu ilə fasiləsiz şəkildə dalğıc enmələrini həyata keçirmək mümkün olacaq”, - deyə SOCAR-ın məlumatında bildirilir.
Mobil Dərinlik Dalğıc Kompleksi əsasən “Günəşli” yatağında istismar ediləcək.*
B.Rüstəmbəyov