Türkiyə istehsalı olan “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter” hesabında yazıb.
“Hürkuş” təyyarəsi TAI şirkəti (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb və bir neçə versiyadan ibarətdir. Onlardan biri yüngül hücum təyyarəsi kimi istifadə oluna bilər.
Təlim təyyarəsi hərbi aviasiya pilotlarının hazırlığı üçün nəzərdə tutulub.*
B.Rüstəmbəyov