Ağdamda Qarabağ Universitetinin inşa edilməsi planlaşdırılır. Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.
“Azərbaycan Prezidentinə təqdim edilmiş Ağdamın Baş Planında xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulub. Bu kvartalda Qarabağ Universiteti inşa olunacaq”, - deyə R.Hacıyev bu gün UNEC İqtisadi Forumunda “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzusunda keçirilən paneldə bildirib.
Onun sözlərinə görə, universitetin konsepsiyası işlənib hazırlanma mərhələsindədir.*
X.Nəsirzadə