Bakı və Roma İtaliya şirkətlərinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə biznes missiyasının təşkili üzərində işləyir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İtaliya səfiri Klaudio Taffuri məlumat verib.
“Azərbaycan və İtaliya hökumətləri işğaldan azad edilmiş Azərbaycan torpaqlarına (Qarabağa və Şərqi Zəngəzura) İtaliyadan biznes missiyanın təşkili ilə bağlı danışıqlar aparırlar”, - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, Roma və Bakı, həmçinin iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının tarixinin razılaşdırılması üzərində də işləyir. “Biz son detalları dəqiqləşdiririk”, - deyə K.Taffuri əlavə edib.*
E.Şəfiyev