Azərbaycanda koronavirus infeksiyasına 1 min 703 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 593 min 588-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 772 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər (ötən gün 21 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 929 nəfərə çatıb.
Virusa yoluxmuş 560 min 999 nəfər (sutka ərzində +2 min 180) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 24 min 660 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 211 (ötən gün 13 min 341 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 578 min 401 test aparılıb.*