Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 6-dan Azərbaycanın 7 müəssisəsinin RF-yə pomidor, 5 müəssisəsinin isə alma tədarük etməsinə icazə verib.
Qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə Azərbaycanın səlahiyyətli qurumu tərəfindən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib.
Tədarükçülərin siyahısı “Rosselxoznadzor”un saytında dərc olunub.
“Rosselxoznadzor” ötən il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə məhdudiyyətlər qoyub. Adıçəkilən məhsullarda Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny) və şərq almaqurdunun (Grapholita molesta (Busck) aşkarlandığı bildirilib.*