Azərbaycanda koronavirus infeksiyasına 1 min 406 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 594 min 994-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 703 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər (ötən gün 24 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 947 nəfərə çatıb.
Virusa yoluxmuş 562 min 786 nəfər (sutka ərzində +1 min 787) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 24 min 261 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 869 (ötən gün 13 min 211 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 591 min 270 test aparılıb.*
A.Salayeva