Azərbaycan 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.
“Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar”, - deyə məlumatda bildirilir.
“Eyni zamanda, aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib. Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiyanın Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, - deyə məlumatda qeyd olunur.*
A.Salayeva