Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9195 manat/1EUR səviyyəsində (dekabrın 3-nə 1,9208 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0231 manat/1RUB səviyyəsində (dekabrın 3-nə 0,0230 manat/1RUB) müəyyən edib.**
E.Şəfiyev