Noyabr ayında Azərbaycan hökuməti ölkədə 2026-cı ilə qədər neft və qaz hasilatı üzrə ortamüddətli proqnozları dərc edib.
Həmin məlumatlara əsasən, 2022-ci ildə Azərbaycanda neft hasilatı 34 milyon 830,3 min ton. 2023-cü ildə - 35 milyon 752,7 min ton, 2024-cü ildə - 35 milyon 672 min ton, 2025-ci ildə - 34 milyon 707,6 min ton təşkil edəcək.
Yaxın 4 il ərzində hökumət yalnız 2023-cü ildə neft hasilatında artım gözləyir. Həmçinin, artım az deyil, təxminən bir milyon ton, daha dəqiq desək, 922,4 min ton və ya 2,6% çoxdur. 2026-cı ildək qalan dövrdə isə kiçik artım gözlənilir.
Bu proqnozlardan belə çıxır ki, hökumətin ortamüdətli dövr üçün proqnozu – neft hasilatını illik 35-36 milyon ton səviyyəsində saxlamaqdır.
2011-cui ildən etibarən Azərbaycanda neft hasilatının həm quruda, həm də dənizdə təbii şəkildə azalması müşahidə olunur. Quru yataqlar çoxdan işlənir və onlardan əksəriyyəti artıq köhnəlib. Dənizdə vəziyyət daha yaşxıdır, lakin neftin əsas həcmi AÇG bloku hesabına təmin edilir, bu yataqlar bloku 1997-ci ildən etibarən işlənir və hasilat ildən ilə azalır. 2022-ci ildə AÇG blokunda hasilat 170 milyon barrel səviyyəsində gözlənilir, bu da 2021-ci ilin göstəricisindən 1,5 milyon barrel və 2020-ci ilin göstəricisindən 4 milyon barrel azdır.
“Şahdəniz” yatağı hesabına kondensat hasilatında stabil artım müşahidə olunur.
Son onillik ərzində yeni kəşflər neftlə deyil, qaz ilə əlaqədardlr, beləliklə, yeni neft yataqlarının aşxtarışı üzrə işlər davam edərkən, hazırda neft hasilatının stabilləşməsi məsələsi prioritet təşkil edir.
İlk növbədə, BP-nin “Mərkəzi Şərqi Azəri” layihəsi hesabına neft hasilatının stabilləşməsi məsələsini həll etmək planlaşdırılır. Xatırladaq ki, dəyəri $6 milyard olan “Mərkəzi Şərqi Azəri” layihəsi AÇG blokunun işlənməsinin növbəti mərhələsidir. Layihənin məqsədi - əlavə quyuların qazılması və dəniz obyektlərinin quraşdırılması hesabına gündəlik 100 min barrelədək neft və 350 min kubfut qaz pikinə çatmaqdır. Layihə çərçivəsində artıq 2023-cü ildə ilk neft əldə etmək planlaşdırılır. Əslində, yeni platformanın istismara verilməsi neft hasilatının müəyyən artımına gətirməlidir, lakin 1997-ci ildıən işlənən AÇG blokunda da istehsal həcminin azalması müşahidə olunmasını nəzərə alaraq, Mərkəzi Şərqi Azəri platformasının başqa vəzifəsi olacaq – azalmanı kompensasiya etmək.
Abşeron arxipelaqının dayazsulu hissəsində kəşfiyyat qazma işləri nəticəsində yaxşı nəticələr əldə olunduğu halda vəziyyət tam dəyişə bilər. Burada SOCAR və Böyük Britaniyanın BP şirkəti ikinci AÇG bloku səviyyəsində ehtiyatlar aşkar etməyi ümid edir. Düzdür, hətta bu halda sənaye hasilatına başlamadan öncə müvafiq hasilat və nəqliyyat infrastrukturunun yaradılması üçün zaman lazım olacaq. Görünür, bu səbəbdən SWAP üzrə nəzəri gözləntilər hökumətin proqnozlarına daxil edilməyib. Ancaq artıq gələn ilin payızında əsas iqtisadi göstəricilər üzrə ortamüddətli perspektiv üçün proqnoz rəqəmlər, həmçinin Azərbaycanda neft və qaz hasilatı üzrə göstəricilər hər ilin dördüncü rübündə dərc olunduğunu nəzərə alarsaq, proqnozlarda bir qədər düzəlişlər görə bilərik. Bu vaxta qədər Abşeron üzrə gözləntilərin özünü nə dərəcədə doğruldacağı və Azərbaycanda neft hasilatının artırılması ilə bağlı gələcək perspektivlər aydın olacaq. Xüsusən ona görə ki, 2022-ci ilin payızında proqnozlarda 2026-cı il qeyd olunacaq.
Əgər neft hsilatında məsələ belədir ki, yaxın illərdə bütün səylər mövcud istehsal həcmlərinin qorunmasına yönəlibsə, qaz sahəsində ortamüddətli perspektivlər daha yaxşı görünür.
Proqnozlara əsasən, 2026-cı ilədək Azərbaycanda qaz hasilatında illik artım gözlənilir: 2023-cü ildə – 47 milyard 757,4 milyon kubmetr, 2024-cü ildə – 49 milyard 210,1 milyon kubmetr, 2025-ci ildə – 49 milyard 728,1 milyon kubmetr. Yəni, 2026-cı ildək ölkədə qaz hasilatı strateji hədəfə - illik 50 milyard kubmetrə çatacaq.
Yaxın illərdə qaz hasilatının artımı, əlbəttə ki, bu dövrdə pik həddə çatacaq “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” layihəsi ilə əlaqədardır. 2022-ci ildə “Şahdəniz”də hasilat 22,8 milyard kubmetr səviyyəsində gözlənilir (2021-ci ilin göstəricisindən +7%). Bundan başqa, gələn il “Şahdəniz”də kondensat hasilatı 33,3 milyon barrel səviyəsində gözlənilir (2021-ci ilin səviyyısindən +4,7%).
Buna baxmayaraq, dİgər yataqlar da növbədədir – Ümid-Babək qaz-kondensat bloku (ikinci mərhələ), Şəfəq-Asiman perspektivli struktur (burada qazma işləri aparılır və ikinci “Şahdəniz” olacağı gözlənilir), həmçinin Qarabağ və Abşeron yataqları. Abşeron yatağının işlənməsi gələn ilin iyul ayına planlaşdırılıb və təbii ki, Azərbaycanda qaz hasilatının artımına öz töhfəsini verəcək.
Bu qaz layihələrinin heç də bütün siyahısını deyil, çünki AÇG blokunda dərin laylarda yerləşən qaz ehtiyatlarının işlənməsi məsələsi, “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-3” layihəsi də öz növbəsini gözləyir, lakin bu layihələr ortamüddətli deyil, daha uzaqmüddətli perpektivədir.
Ümumilikdə, Azərbaycanda proqnozlaşdırılan qaz ehtiyatlarının 3-4 trilyon kubmetr, təsdiq olunmuş ehtiyatlarının isə 2,6 trilyon kubmetr təşkil etdiyini və onların əksər hissəsinin hələ də mənimsənilmədiyini nəzərə alsaq, növbəti 10 il ərzində qaz üzrə proqnozlar yalnız artıma yönələcək.
Bu səbəbləri nəzərə alaraq, təsdiq etmək olar ki, Azərbaycanda makroiqtisadi və fiskal siyasət üçün neft-qaz sektorunun əhəmiyyəti prioritet olaraq qalacaq. İqtisadiyyat Nazirliyinin 2022-2025-ci illər üçün proqnozlarına nəzərə yetirmək kifayətdir: ÜDM-in artım templəri neft-qaz sektorunda dinamikadan birbaşa asılı olacaq. 2022-2025-ci illərdə Azərbaycanın qeyri-neft sektorunda orta illik ÜDM-in 5,1%-ə yaxın təşkil edəcək. Həmçinin, bu dövrdə ölkədə ÜDM-in orta illik artım templəri 4% səviyyısində, o cümlədən, neft-qaz sektorunda – illik 1,5% səviyyəsində olacaq. 2023-cü ildə neft-qaz sektorunda ÜDM-in maksimum artımı – 5,1% olacaq, məhz 2022-2025-ci illər dəhlizində neft hasilatı pik səviyyəsində olacağı ildə. 2025-ci ildə idə neft-qaz sektorunda 1,5% səviyyəsində azalma gözlənilir, ölkədə neft hasilatı 2022-2025-ci illər dəhlizində minimum səviyyədə olacağı zaman. **
N.Abbasova