2021-ci ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC 10 milyon 969,676 min ton yük daşıyıb, bu da 2020-ci ilin 9 ayının göztəricisindən 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a ADY-dən məlumat verilib.
Cari ilin birinci rübündə yük daşımaların həcmi 3 milyon 769,592 min ton, ikinci rübdə – 3 milyon 454,083 min ton, üçüncü rübdə – 3 milyon 746,001 min ton təşkil edib.
O cümlədən, ADY-dən məlumat verilib ki, 2021-ci ilin 9 ayı ərzində tranit yük daşımaların hcmi 3 milyon 447,487 min ton (artım 15,4%) təşkil edib.
ADY-dən əlavə olunub ki, yanvar-sentaybrda konteynerlərlə yük daşımaların həcmi 39,945 min TEU (artım 7%) təşkil edib.
2020-ci ildəA DY tərəfindən yükdaşımakrın həcmi 14 milyon 631,515 min ton yük (2019-cu ildən azalma 3,9%), tranzit yükdaşımaların həıcmi – 4 milyon 130,767 min ton (2019-cu ildən artım 8,8%) təşkil edib. 2020-ci ildə 52,455 min TEU konteyner daşınıb (artım 34,6%). **
B.Rüstəmbəyov