VMedia YouTube kanalında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin Ermənistanda bu cür çaxnaşma yaratdığı və Ermənistanın baş naziri Nikol Paşinyanın Sovet dövrünün Ermənistanının sərhədlərinin “millimetrədək dəqiqliklə” haradan keçdiyini heç bir vəchlə bilə bilmədiyini aydınlaşdıran yeni video yerləşdirilib. Xatırladaq ki, noyabrın 23-də Paşinyan Facebook-da birbaşa efir zamanı bu barədə bəyan edib.
“İnterfaks-Azərbaycan” agenliyinə kanalın müəllifləri məlumat veriblər ki, “Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasından niyə qorxur?” adlı yeni filmdə qeyd olunur ki, “Sovet dövründə İttifaqa üzv dövlətlərin sərhədləri yerində qeyd olunmayıb və Ermənistan bundan sui-istifadə edərək planlı şəkildə kəndlərini, tarlalarını, otlaqlarını Azərbaycan ərazisinə “çəkib”.
“Sovet dövründə bütün sərhəd boyu bu car hallar baş verib – Qazaxdan Zəngilanadək. Bu proses son 30 il ərzində Ermənistan tərfindən Azərbaycan torpaqlarının işöalı və münaqişə fonunda daha da “sürətlənib”. Və indi, delimitasiya prosesi start götürərkən, “qanunsuz əldə olunan” hər şeyi Azərbaycana geri qaytarmalı olacaqlar! (...) Cənubi Qafqazda ərazilərin hədiyyə verildiyi zaman həmişəlik bitdi”, - filmdə deyilir.
Xatırladaq ki, VMedia YouTube kanalı layihəsi Ermənistan ictimaiyyətinin informasiya-maarifləndirilməsinə dəstək çərçivəsində həyata keçirilir. Bununla vurğulanır ki, erməni təbliğatının əsas qurbanı məhz Ermənistan xalqıdır, hansından ki, faktlar daima gizlədilir. Yeni çarxda məhz bu cür gizlədilən faktlar barədə söz açılır. **