Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin tikintisi 2022-ci ilin dekabr ayında sona çatacaq. Bu barədə bazar ertəsi təhsil naziri Emin Əmrullayyev bəyan edib.
Məktəb 960 şagird yerlik nəzərdə tutulur.
Xəbər verildiyi kimi, 8 may 2021-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
E.Şəfiyev