Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin aparatının nümunəvi strukturu”nun təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Dəyişikliklərə əsasən, “Ticarət nümayəndəsinin əməkhaqqı Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olduğu ölkələr üzrə onun təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90%-i, konsulluqda həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85%-i məbləğində müəyyən edilir.
“Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olmadığı ölkələr üzrə isə müvafiq ölkədə ticarət nümayəndəsi təyin olunduqdan sonra İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Nazirlər Kabineti tərəfindən təsdiq edilir”, - qərarda deyilir. **
X.Nəsirzadə