Təhsil Nazirliyi və Böyük Britaniyanın BP şirkəti arasında bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması ilə bağlı əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.
“Bu əməkdaşlıq çərçivəsində bərpa olunan enerji mənbələri, o cümlədən bu sahədə istifadə olunan texnologiyalar üzrə yerli mütəxəssislərin hazırlanması üçün mühüm təhsil layihəsinin reallaşdırılması nəzərdə tutulur», - Əmrullayev Facebook səhifəsində yazıb.
Nazir vurğulayıb ki, bu məqsədlə Böyük Britaniya universitetlərindən biri ilə tərəfdaşlıqda yerli ali təhsil müəssisəsində yeni magistr proqramı yaradılacaq. **
E.Şəfiyev