Azərbaycanda koronavirus infeksiyasına 585 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 596 min 973-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Dünən 1 min 394 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər (ötən gün 20 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 983 nəfərə çatıb.
Virusa yoluxmuş 565 min 521 nəfər (sutka ərzində +944) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 23 min 469 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 385 (ötən gün 11 min 503 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 608 min 158 test aparılıb.**
E.Şəfiyev