Azərbaycanın müdafiə nazirinin müavini hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında iştirak edəcək.
“Dekabrın 6-da Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb”, - Müdafiə Nazirliyindən məlumat verilir.
Səfər dekabrın 9-dək davam edəcək. **
B.Rüstəmbəyov