Dövlət Vergi Xidməti (DVX) “SF AZERBAİJAN” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-ni 300 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb.
“BOKT-un qanuni təmsilçisi Fuad Muradovdur”, - deyə DVX-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
BOKT 2021-ci il sentyabrın 28-də dövlət qeydiyyatına alınıb.
Sentyabrın 9-da DVX tərəfindən “COİL” MMC də qeydiyyata alınıb. Cəmiyyətin nizamnamə kapitalı 2 milyon 904,5 min manatdır. Qanuni təmsilçisi Niyaz Gülaliyevdir.
Sentyabrın 17-də vergi orqanları tərəfindən “ASK TÜTÜN” MMC qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 6 milyon 148,675 min manatdır. Qanuni təmsilçisi Eldar Məmmədovdur.
Bundan başqa, DVX sentyabrın 24-də “PHARMTECH” MMC-ni qeydiyyata alıb. Cəmiyyətin nizamnamə kapitalı 40 min manatdır. Qanuni təmsilçisi Şövqi Bünyadovdur.*
R.Əhmədov