Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının və NATO-nun mobil təlim qrupunun iştirakı ilə “Aviasiya əməliyyatları” mövzusunda təlim kursu başlayıb.
“Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində N hərbi hissəsində Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupunun iştirakı ilə “Aviasiya əməliyyatları” mövzusunda təlim kursu başlayıb”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Kurs müddətində HHQ müvafiq bölmələrinin fəaliyyətlərinin ƏİK standartlarına uyğun təşkili, mühafizə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər mövzularda brifinqlər təqdim olunur.
“Kurs dekabrın 9-dək davam edəcək”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev