Prezident İlham Əliyev Fərhad Adıgözəlovun Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Məmməd Məmmədovun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edildiyi 13 mart 2020-ci ildən bəri bu posta təyinat olmamışdı.
F.Adıgözəlov 2015-2017-ci illərdə“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilib.
“Azərsığorta” 1991-ci ildə yaradılıb. Şirkət sığorta haqlarının yığım və həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Nizamnamə kapitalı 9 milyon manata bərabərdir.*
X.Nəsirzadə