Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci ilin ortalarına qədər daha 53 xidməti elektronlaşdırmağı planlaşdırır. Bu barədə nazir Sahil Babayev bəyan edib.
“Son illər ərzində ƏƏSMN elekton xidmətlərə keçid məsələsində çox ciddi iş aparıb. Bu gün nazirlik tərəfindən təqdim etdiyi 175 xidmətdən 103-ü tam elektron platformaların köməyi ilə həyata keçirilir. Gələn ilin ortalarınadək daha 53 xidməti elektronlaşdırmaq planlaşdırılır”, - Babayev bu gün ildirib.
Onun sözlərinə görə, cari ilin11 ayı ərzində Azərbaycanda ƏƏSMN-nin xidmətləri ilə 12 milyon nəfər istifadə edib.
Babayev əlavə edib ki, ƏƏSMN həmçinin mövcud elektron platformaları inkişafı etdirməyi planlaşdırır.
“Hazırda əmək münasibətləri alt sisteminin yaradılması son mərhələdədir. Buna ölkə üzrə məşğulluq xəritəsi, elektron birja və əmək yarmarkası daxil olacaq. Əmək münasibətləri elektron platformaya köçürüləcək, işsizlərə xidmətlər elektron sistem ilə idarə olunacaq”, - o əlavə edib. **
E.Şəfiyev